İçeriğe geçmek için "Enter"a basın

Ermənistan baş nazirinin keçmiş müavini də istintaqa çağırılıb

27-07-2018

[r32]

27 İyul, 2018  15:17 xeber – Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyan Xüsusi İstintaq Xidmətinə çağırılıb.“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı xidmətin mətbuat katibliyi yayıb.O, 2008-c il martı 1-2-də baş vermiş hadisələrlə bağlı açılan cinayət işi üzrə dindiriləcək.Məsələnin detalları haqqında əlavə informasiya verilməyib. Qeyd edək ki, A.Gevorkyan 2007-ci ilin iyunundan 2008-ci ilin aprelindədək Ermənistan Təhlüksizlik Şurasının katibi vəzifəsində işləyib. Bu şuranın sədri isə Ermənistan prezidentidir. O vaxt quruma sədrliyi Robert Koçaryan edib. A.Gevorkyan 2018-ci ilin aprel hadisələri zamanı baş nazirin müavini vəzifəsini tuturdu. O, həmin dövrdə Moskvaya çağırılmış Erməmnistan rəsmilərindən biri idi. 

mənbə :
Report.az

Ermenistan bas nazirinin kecmis muavini de istintaqa cagirilib