İçeriğe geçmek için "Enter"a basın

DİN-dən həyəcanverici açıqlama: Ölkədə rekord həddə cinayət törədilib

27-07-2018

[r32]
2018-07-27T14:58 xeber – Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb. Onların da 20-si “isti izlər”lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
©
Foto: NovatorAzərbaycanda prokuror həbs olundu – Cinayətin miqyası böyüyüyür
Bildirilib ki, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin də açılması təmin olunub. Qeyd edək ki, bu, son aylarda sutka ərzində qeydə alınmış ən yüksək göstəricidir.
Axtarışda olduğuna görə, ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Habelə, cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

mənbə :
Sputnik

DİN-den heyecanverici aciqlama: Olkede rekord hedde cinayet toredilib