İçeriğe geçmek için "Enter"a basın

Sputnik-in baş redaktoru saxlanıldı

05-07-2018

[r32]
2018-07-05T14:29 xeber – Riqa polisi Sputnik Latviya-nın şef-redaktoru Valentins Rojentsovu “söhbət məqsədilə” 12 saatlıq müddətə saxlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə ötən axşam Rojentsov Moskvadan evə qayıdarkən baş verib.
©
Sputnik / Irade CELIL Sputnik Azərbaycan təltif olundu
“Məni özlərinin dediyinə görə, söhbət eləmək üçün saxlayıblar. Protokol tərtib edilməyib. Təhlükəsizlik polisi mənim Sputnik Latviya-nın şef-redaktoru postundakı işim və agentliyin Latviyadakı resusrları ilə maraqlandı. Mən bütün gecəni təhlükəsizlik polisinin əməkdaşlarının kabinetində idim. Məni bu gün səhər, 12 saatdan sonra buraxdılar. Bu, Latviyada formal saxlanma sayılmır” — deyə Rojentsov bildirib.
Rojentsov Latviya vətəndaşıdır və Riqada işə gedərkən saxlanılıb.
Bir qədər əvvəl isə Latviyanın elektron KİV üzrə Milli Şurası dövlət KİV-lərinin Sputnik-in materiallarından istifadəsinin əleyhinə çıxıb. İddia edib ki, “Latviyanın vergi ödəyicilərinin pulunun Sputnik-in möhkəmlənməsinə və onun brendinin populyarlaşmasına xərclənməsi Latviya cəmiyyətinin maraqlarına xidmət etmir”.
KİV üzrə Milli Şura onun nəzarətində olan KİV-lərin müxtəlif qanun pozuntularına görə lisenziyasını ləğv etmək hüququna malik nəzarət orqandır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Latviya gündən-günə Rusiyanın kütləvi informasiya vasitələrinə qarşı mübarizəni gücləndirir: “Bundan isə ölkənin rusdilli auditoriyası əziyyət çəkir”.
Baltikyanı respublikalarının hökumətləri çoxdan götürdükləri, məhz Rusiya kütləvi informasiya vasitələrinin hüquqlarını pozmaq kursunu davam etdirir. Baltikyanı ölkələrin hakimiyyətləri dəfələrlə ölkədəki Rusiya KİV-lərinin fəaliyyətini dayandırıb. 2014-cü ilin aprelində Litva XİN heç bir izahat vermədən RİA Novosti-nin xüsusi müxbiri İrina Pavlovanı akkreditasiya etməkdən imtina edib.
2015-ci ilin oktyabrında isə Estoniyanın “Koydula” buraxılış məntəqəsində Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (ÜDTRŞ) müxbiri Nikolay Vasilyevin çəkiliş qrupu saxlanılıb. 2016-cı ildə Latviya ÜDTRŞ-nın müxbiri Pavel Zarubinin çəkiliş qrupunu ölkədən çıxarıb.
Rusiyanın xarici siyasət idarəsi Baltikyanı respublikalarının hökumətlərinin Rusiya KİV-lərinə qarşı addımlarını koordinasiya etdiyini bəyan edib. XİN bildirib ki, Baltikyanı respublikalar bu addımları ilə demokratiya və söz azadlığını boğur.
mənbə :
Sputnik

Sputnik-in bas redaktoru saxlanildi