İçeriğe geçmek için "Enter"a basın

Sərnişinlər metro tunelində qaldı – Video

03-07-2018


[r32]
Bakıda saat 18:45 radələrindən etibarən elektrik enerjisinin verilişi yenidən kəsilib. Bu hal “Bakı metropoliteni” QSC-nin də işinə mənfi təsir edib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov musavat.com-a bildirib ki, stansiyalara giriş qapadılıb:”Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Təbii ki, qatarların hərəkəti dayanıb və tuneldə qalan sərnişinlər çıxarılır”.

***

Problemi APA agentliyi də təsdiqləyib. Agentlik yazır ki, elektrik enerjisinin nəqlində növbəti məhdudiyyətlər səbəbindən “Bakı metropoliteni”nin stansiyalarında hərəkət dayanıb, qatarlar tuneldə qalıb.

APA-nın əməkdaşının “Xətai” stansiyasından verdiyi məlumata görə, hazırda stansiyalarda qalmış insanların təxliyəsi davam etdirilir.

(19:06)

****

20:31

Bəxtiyar Məmmədov bildirib ki, elektrik verilsə də, hələ ki, müvafiq qaydalara uyğun olaraq qatarlar hərəkətə gətirilə bilməz: “Təxliyə qaydalarına görə son sərnişin tuneli tərk etməyənə qədər qatarlar hərəkətə başlaya bilməz. Hazırda təxliyə işləri davam edir. Təxliyə rəisləri mərkəzə məlumat verəcəklər. Son sərnişin tuneli tərk etdikdən sonra, qatarların hərəkəti bərpa olunacaq. Hələ ki, konkret deyə bilmərik ki, metroda hərəkət necə dəqiqədən sonra bərpa olunacaq”.




Sərnişinlər metro tunelində qaldı – Video