İçeriğe geçmek için "Enter"a basın

Metroda elektrik enerjisinin təchizatı dayanıb, sərnişinlər təxliyyə edilir - FOTO - VİDEO - YENİLƏNİB

03-07-2018

[r32]

3 İyul, 2018  20:31 xeber – Metropoliten işçiləri və polis əməkdaşları sərnişinlərin tuneldə qalan qatarlardan çıxmasına köməklik edirlər. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a hazırda metroda sərnişinlərin təxliyyə olunduğunu deyib: “Bütün stansiyalarda təxliyyə işi aparılır. Stansiyaların çıxışlarına isə təcili tibbi yardım maşınları cəlb olunub, səhhəti pisləşən vətəndaşlara yardım göstərilir”. Onun sözlərinə görə, sonuncu sərnişin metronu tərk edənə qədər təxliyyə prosesi davam edəcək : “Hazırda təxliyyə prosesi başa çatmaq üzrədir”

.*** 19:08

Ölkə ərazisində elektrik enerjisinin verilişində yenidən fasilənin yaranması səbəbindən Bakı metrosunda qatarların hərəkəti dayanıb.”Report”un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyyə olunur. Metronun giriş-çıxışları bağlanıb.Məlumatı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da “Report”a təsdiqləyib.
mənbə :


<br /> <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/Kko8usVKiHc” frameborder=”0″ allow=”autoplay; encrypted-media” allowfullscreen></iframe>-foto-vi-deo-yeni-leni-b/” target=”_blank” rel=”nofollow noopener”>Report.az

Metroda elektrik enerjisinin techizati dayanib, sernisinler texliyye edilir – VİDEO – YENİLENİB