İçeriğe geçmek için "Enter"a basın

Bakıda kirayənişin ev sahibi ilə cinsi həyat yaşadı və ağlasığmaz əməl törətdi

02-07-2018

[r32]
2018-07-02T22:00 xeber – Bakıda film kimi olay: Əvvəlcə ona evini verdi, sonra sevgili oldu, nəhayət polisə düşdü

Xətai rayon sakini olan qadın evini kirayəyə verdiyi oğlanla eşq macərası yaşamasının bədəlini ağır ödəyib. Qadın şantaj nəticəsində özünün daşınmaz əmlakından keçməli olub.
Bu barədə Sputnik Azərbaycan-a Xətai rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xətai rayonu, Mirzə Davud küçəsində, 37 saylı polis bölməsinin ərazisində yaşayan 1977-ci il təvəllüdlü paytaxt sakini artıq şantaja dözə bilməyərək polisə müraciət edib. Lakin onun ehtiyatsızlığın və cinayətin qurbanı olduğunu başa düşməsi tam altı ilini alıb.
Qadının sözlərinə görə, 2012-ci ildə o, regiondan gələn Eldar (ad etik qaydalara görə dəyişdirilib) adlı cavan oğlanı evində kirayənişin kimi saxlamağa başlayıb. Bir müddət sonra onların arasında cinsi münasibətlər yaranıb. Bundan sonra ev sahibəsi ilə oğlan arasında dəfələrlə cinsi yaxınlıq olub. Qadınla cinsi əlaqəyə girməklə kifayətlənməyən kirayənişin ev sahibinin bütün ailə sirlərini də öyrənib.
Bir dəfə, qadın təklikdə oğlana onun çılpaq şəkillərini çəkməyə icazə verib. Elə bundan sonra qadına qarşı təhdid və şantaj başlanıb. Kirayənişin qadını onun çılpaq şəkillərini sosial şəbəkədə yayaraq biabır etməklə hədələyib. Susmağının əvəzində şantajçı qadından tələb edib ki, Abşeron rayonu ərazisində olan 2 sot torpaq sahəsini onun adına keçirsin. Zərərçəkmiş qadın sevgilisi və şantajçısının bu tələbini yerinə yetirib. Lakin oğlan bununla sakitləşməyib. Artıq kirayənişin olmayan Eldar bir il sonra Xətai rayon sakinindən 30 min ABŞ dolları tələb edib. Bu dəfə qadın şantajçının hərəkətinə dözməyib və polisə şikayət edib.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, bu cür şantaj hallarının sayı son vaxtlar həddindən artıq çoxalıb. Lakin kirayənişin və sevgili olmaqla yanaşı, həm də şantaj yolu ilə əmlak sahibinə çevrilmək bir başqa bacarıq tələb edir. Hələlik şantaj faktı ilə bağlı heç kəs saxlanılmayıb. Əməliyyatçılar şübhəlinin şəxsiyyətini müəyyən etməyə çalışırlar. İşin materialları araşdırma mərhələsindədir.
mənbə :
Sputnik

Bakida kirayenisin ev sahibi ile cinsi heyat yasadi ve aglasigmaz emel toretdi