İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: Daha bir superulduzun komandası çempionatı tərk etdi

01-07-2018

[r32]
2018-06-30T23:55 xeber – Futbol üzrə XXI dünya çempionatında 1/8 finalın ikinci görüşü keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu oyunda Uruqvay və Portuqaliya üz-üzə gəliblər. 
Oyunun birinci hissəsində hesabı uruqvaylılar açıblar. 7-ci dəqiqədə Edinson Kavanı Cənubi Amerikadan olan millini irəli çıxarıb — 1:0. Portuqaliyalıların buraxılan topun əvəzini çıxmaq üzrə bütün cəhdlərinə baxmayaraq ilk yarı elə bu hesabla başa çatıb. 
İkinci yarıya portuqallar daha fəal başlayıblar. 55-ci dəqiqədə Pepe hesabı bərabərləşdirib —1:1. Lakin onların sevinci uzun sürməyib. 62-ci dəqiqədə Kavani yenidən uruqvaylıları irəli çıxarıb — 2:1. Görüş elə bu hesabla qurtarıb.
Beləliklə, 1/4 finalda Fransa və Uruqvay milliləri üz-üzə gələcəklər.
mənbə :
Sputnik

DC-2018: Daha bir superulduzun komandasi cempionati terk etdi