İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: Uruqvay 1/4 finala çıxıb, Portuqaliya turnirlə vidalaşıb

01-07-2018

[r32]

30 İyun, 2018  23:56 xeber – Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.”Report”un məlumatına görə, Soçidəki “Fişt” stadionunda Uruqvay və Portuqaliya milliləri qarşılaşıb.Görüş cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvayın hər iki qolunu 7-ci və 62-ci dəqiqələrdə Edinson Kavani vurub. Portuqaliya millisindən isə 55-ci dəqiqədə Pepe fərqlənib. Beləliklə, 1/4 finalda Fransaya Uruqvay yığması rəqib olub. Bu görüş iyulun 6-da keçiriləcək. Digər tərəfdən, argentinalı Lionel Messidən sonra portuqaliyalı Kriştianu Ronaldu da mundialla vidalaşıb. DÇ-2018-in qalan oyunları dünyanın iki ən yaxşı futbolçusu olmadan davam edəcək.DÇ-2018, 1/8 final22:00. Uruqvay – Portuqaliya – 2:1Qol: Edinson Kavani, 7; 62 – Pepe, 55Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)Soçi, “Fişt” stadionu.

mənbə :
Report.az

DC-2018: Uruqvay 1/4 finala cixib, Portuqaliya turnirle vidalasib