İçeriğe geçmek için "Enter"a basın

Gəncədə yolu süpürən qadını maşın vurdu

01-07-2015


01.07.2015 / 02:04 xeber –

Gəncədə yolu süpürən qadını maşın vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 30-da Kəpəz rayonu ərazisində qeydə alınıb.

 

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi, 1972-ci il təvəllüdlü Mahizər Məmmədova ərazidə yolu süpürərkən hələ ki, məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirilər.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

mənbə :
lent.az

Gencede yolu süpüren qadını maşın vurdu