01:53 xeber – İtaliya B seriyasınsda mübarizə aparan “Modena” klubuna yeni baş məşqçi təyin olunub.
ANS PRESS-in məlumatına görə, növbəti mövsüm aşağı dəstə təmsilçisini sabiq argentinalı ulduz Ernan Krespo çalışdırcaq.
39 yaşlı veteran futbolçu “Modena” klubuyla 1+2 müqavilə bağlayıb. Futbolçu kimi “Parma”, “Latsio”, “Milan” və “İnter”də çıxış etmiş argentinalı ulduzun məşqçilik karyerasında çalışdırcağı ilk peşəkar komanda “Modena” olacaq.
Qeyd edək ki, Argentina yığma komandasının sabiq üzvü 2014-cü ildə “Parma”nın gənclərdən ibarət komandasına başçılıq edib.
mənbə :
anspress