İçeriğe geçmek için "Enter"a basın

Bakıda sürcülərə "sarı zolaq" xəbərdarlığı

01-07-2015

01:38 xeber – Avropa Oyunları ərəfəsində salınan və turistlərin rahat gedib-gələ bilmələri üçün çəkilən sarı xətlər hələ də qalmaqdadır. Bu xəttin tələblərini pozan sürücülər hələ də 40 manat məbləğində cərimə olunurlar..Həmin xətlərin opeoativ nəqliyyat vasitələr yaxud da nəqliyyat vasitələri üçün istifadə olunması məsələsi hələ də sual altındadır.

Sarı zolaqların qalması bəzi sürücülər üçün əlverişli olsa da amma buna qarşı çıxanlar da var. Məhz bu sürücülərdə tezliklə bu xətlərin yığışdırılmasını gözləyirlər.

Ekspert Ərşad Hüseynov bildirdi ki, sarı xətlərin oyunlardan sonra qalması qanununda nəzərdə tutulmayıb..Həm də bu zolaqların qalması bizim yollara uyğun deyil. Mövcud avtomobil sıxlığını bir az da artıracaq.

Nəqliyyat Nazirliyindən isə verilən məlumata görə, sarı xətlərin qalması ilə bağlı təkliflər var. Oyunlar zolağının operativ nəqliyyat vasitələri, yaxud da avtobuslar üçün nəzərdə tutulması məsələsinə baxılacaq. Amma hələ ki, mövcud vəziyyətdə bu mümkün deyil.

Baş dövlət yol polis idarəsindən isə bildirdilər ki, hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında yol hərəkəti qaydaları və nəqliyyat sistemi ilə bağlı bəzi dəyişikliklərin və yeniliklərin edilməsi məsələsi müzakirə olunur. Ola bilsin ki, operativ nəqliyyat vasitələri üçün ayrıca zolaq müəyyənləşdirilsin. Digər yollarda da bu cür zolaqlar yaradılsın.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvədə qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir.

Şöbə rəisi onu da əlavə etdi ki, nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda Bakı 2015 I Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvədədir və sürücülər bu “Oyunlar zolağı” qaydalarına əməl etməkdə davam etməlidirlər. Qadağanın isə nə vaxt götürüləcəyi hələ ki tam bəlli deyil. Əks halda qanuna müvafiq qaydada sürücülər yenə də cərimələnəcəklər. Qeyd edək ki, Avropa Oyunları öncəsi bu məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyi elan edilmişdi.

mənbə :
anspress

Bakıda sürcülere “sarı zolaq” xeberdarlığı