İçeriğe geçmek için "Enter"a basın

Hollandiya yığması Hiddinklə yollarını ayırıb?

01-07-2015

01:30 xeber – Hollandiya milli komandasının baş məşqçisi Quus Hiddink istefaya göndərilib.

ANS PRESS-in məlumatına görə, AÇ-2016-nın seçmə mərhələsində yığmanın uğursuz çıxışıyla bağlı Hollandiya Futbol Federasiyası 68 yaşlı mütəxəsislə yollarını ayırıb.

Bu barədə yerli federasiya rəhbərliyi rəsmi qərarını yaxın günlərdə açıqlayacaq.

Qeyd edək ki, Hiddinkin başçılığı altında Hollandiya yığması seçmə mərhələdə 6 oyuna 10 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

mənbə :
anspress

Hollandiya yığması Hiddinkle yollarını ayırıb?