İçeriğe geçmek için "Enter"a basın

Almaniya millisinin üzvü “Mançester Yunayted”ə keçmək istəyir

01-07-2015

01:41 xeber – “Bavariya”nın aparıcı üzvü Bastian Şvaynştayger komandadan ayrılacaq. ANS PRESS-in məlumatına görə, 30 yaşlı almaniyalı futbolçu “Mançester Yunayted”in təklifini müsbət qarşılayıb.

Münhen təmsilçisində özünü narahat hiss edən almaniyalı futbolçunun “Qırmızı şeytanlar”ın düşərgəsinə keçmək istədiyi bildirib. Almaniya milli komandasının aparıcı üzvünün gələcək karyerasına harada davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Bastian Şvaynştayger ötən mövsüm “Bavariya”da 28 oyuna 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

mənbə :
anspress

Almaniya millisinin üzvü “Mançester Yunayted”e keçmek isteyir