İçeriğe geçmek için "Enter"a basın

Top havada partladı (VİDEO, FOTO)

01-07-2015

00:33 xeber – Rusiyanın “Zenit” klubunun braziliyalı futbolçusu Halk yenə diqqət mərkəzinə düşüb.

ANS PRESS-in məlumatına görə, “Zenit”in məşqi zamanı komanda uzaqdan zərbələr üzərində çalışarkən Halkın vurduğu zərbə nəticəsində top elə havadaca partlayıb.

Bir müddət öncə “Zenit” klubunun braziliyalı legioneri Halka aid məşq zamanı çəkilmiş qeyri-adi videoçarx yayılmışdı.

Braziliyalı legionerin zərbə ilə qapıya vurduğu topu yaxalayan qapıçı güclü zərbənin təsirindən topla birlikdə toru yararaq qapının arxa tərəfinə düşmüşdü.

mənbə :
anspress

Top havada partladı – Foto