İçeriğe geçmek için "Enter"a basın

“Bakı”ın icraçı direktoru: “Nelerin baş vereceyini bilmirik”

04-02-2015


04.02.2015 / 17:30 xeber –

Bu gün bəzi KİV-də “Bakı” klubu futbolçularının maaş ala bilməməsi və buna görə də fevralın 7-də “Qarabağ” ilə keçiriləcək matça çıxmayacaqları barədə xəbərlər yayılıb. Lent.az-ın məlumatına görə, buna səbəb “Bakı”nın uzun müddətdir ki, maddi sıxıntıdan əziyyət çəkməsi hesab edilir. “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov Lent.az-a açıqlamasında xəbəri birmənalı olaraq təkzib etmədi . “Bu gün komanda tam heyətlə məşqə çıxıb, amma oyuna qədər nələr baş verəcəyini deyə bilmərəm. Düzdür, futbolçular əməkhaqqı almadıqlarına görə, müəyyən narahatlıqları var. Amma mən yenə deyirəm, biz çalışacağıq ki, oyuna qədər bütün məsələlər öz həllini tapsın. Ona görə ki, AFFA-nın baş katibi Elxan Məmmədov dünən “Klublar Birliyi”nin toplantısında jurnalistlər qarşısında mətbuata bildirib ki,  Rövnəq Abdullayev bu məsələlərin həllini tapmaq üçün göstəriş verib. Bu çətin vaxtda “Bakı” R. Abdullayevin dəstəyi və köməkliyi ilə öz problemlərini həll edib, “Qarabağ”la matça tam tərkibdə çıxacaq”.

İcraçı direktor bir müddət əvvəl klub ilə münasibətləri pis olan Nurlan Novruzovla bağlı da danışıb. “O, artıq son turda çox yüksək səviyyədə oynayıb. Nurlan çox gəncdir, cavandır, akademiyamızın yetirməsidir. Biz də çalışırıq ki, akademiyamızda qalan, Azərbaycan futboluna kömək edən futbolçulara öz köməyimizi əsirgəməyək”

 

 

Mənbə : Lent.az

“Bakı”ın icraçı direktoru: “Nelerin baş vereceyini bilmirik”