İçeriğe geçmek için "Enter"a basın

Bu gecə kompüterinizi 5 dəqiqəlik söndürün!

30-06-2015

saatlar

Azadlıq.az xəbər verir ki, Dünyanın Günəş ətrafındakı dönmə sürətinin yavaşlamasına görə 1 saniyəlik artıq zaman yaranır. Buna görə də ekspertlər 30 İyun (bugün) saatların 1 saniyə geri alınmasına qərar verdi. Bu da deməkdir ki 1 İyula əslində 1 saniyə gec başlayacağıq.

Eyni Saniyə 2 dəfə Görünəcək

Bu gecə saat 23:59:59-da saatlar bir saniyə geri alınacaq və iki dəfə 23:59:59 göstəriləcək.

Qeyd edək ki, bu düzəlmə 1972-ci ildən bəri 25 dəfə həyata keçirilib.

Dünya vaxt sisteminin 1 saniyə irəli çəkilməsi hər hansı ciddi problem yaratmayacağı düşünülür. Yenə də mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.

Ama bundan ən çox narahat olanlar informasiya mütəxəssisləridir. Çünkü böyük bəzi sistemlər saniyə sıçramasına görə işləyir və 2012-ci ildə Foursquare, Yelp, LinkedIn kimi bəzi böyük internet şirkətlərində ciddi problemlərə səbəb olmuşdu. Avstraliyada isə bəzi təyyarə səfərlərində ləngimələr meydana gəlmişdi. Problemlərlə üzləşməmək üçün isə Google şirkəti isə birneçə aydır milisaniyələr əlavə edərək bugünə hazırlanır.

Bu gecə kompüterinizi 5 dəqiqəlik söndürün!