İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: Misir yığmasının qapıçısısı dünya çempionatlarında iştirak edən ən yaşlı oyunçu olacaq

25-06-2018

[r32]

25 İyun, 2018  17:39 xeber – Misir yığmasının qapıçısı Essam əl-Hadari dünya çempionatında oynamış ən yaşlı futbolçu olacaq. “Report”un məlumatına görə, 45 yaşlı qolkiper A qrupunun III turunda Səudiyyə Ərəbistanına qarşı matça start heyətində başlayacaq. Qeyd edək ki, bu vaxta qədər dünya çempionatında iştirak edən ən yaşlı futbolçu Kolumbiya yığmasının sabiq qapıçısı Fərid Mandraqon olub. O, 43 yaşında ikən 2014-cü ildə Braziliyada keçirilmiş mundialda iştirak edib.  Səudiyyə Ərəbistanı – Misir matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

mənbə :
Report.az

DC-2018: Misir yigmasinin qapicisisi dunya cempionatlarinda istirak eden en yasli oyuncu olacaq