[r32]
2018-06-25T16:49 xeber – Səudiyyə Ərəbistanında dünəndən etibarən qadınlar avtomobil idarə edə bilirlər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkədə dini baxımdan tətbiq olunan və on illərdir davam edən qadağadan sonra qadınlara avtomobil sürmə icazəsi qüvvəyə minib.
İhbariyyə və Əl Arabiya televiziya kanallarında dünəndən avtomobil sürməyə başlayan qadınların görüntüləri yer alıb.
Səudiyyə Ərəbistan kralı Səlman bin Abdüləzizin ötən il sentyabrın 26-da imzaladığı qərara görə, qadınlar sürücülük vəsiqəsi alaraq iyunun 24-dən avtomobil idarə edə bilərlər. Səudiyyə Ərəbistanın 2030-cu il üçün qadınların iş həyatına qatılma səviyyəsini 22 faizdən 30 faizə qaldırmağı planlaşdırır.
Ölkədə “qadınların avtomobil idarəetməsinə icazə verən qanun çıxarılsın” tələbi ilə 1990, 2011, 2013, 2014, 2015-ci illərdə çoxlu sayda kampaniyalar həyata keçirilib.
mənbə :
Sputnik
On illərlə sürən qadağa götürüldü və buna sevinən qadınlar oldu
25-06-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib