İçeriğe geçmek için "Enter"a basın

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

25-06-2018

[r32]
xeber –

İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

 

"APA-Economics"in məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə isə növbəti gün saat 9:00-da çatacaq.

 

Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.

 

mənbə :
Lent.az

Baki-Batumi avtobus reysi fealiyyete baslayir