İçeriğe geçmek için "Enter"a basın

Bakıdan Batumiyə avtobus reysi yenidən açılır

25-06-2018

[r32]

25 İyun, 2018  16:13 xeber – İyulun 2-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gürcüstanın Batumi şəhərinə avtobus reysi həyata keçiriləcək. Kompleksdən “Report”a verilən məlumata görə, reyslər həftənin 1, 3, 5-ci günləri baş tutacaq.  Avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dır. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edilir ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar. 

mənbə :
Report.az

Bakidan Batumiye avtobus reysi yeniden acilir