04.02.2015 / 14:20 xeber –
Əməkdar artist Rühəngiz Allahverdiyeva müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, “Gün Üzü” verilişinə qonaq olan əməkdar artist deyib ki, onun geyimlərini almağa 100 kişinin pulu yetməz: “Bilirsiniz kişilər nə qədər çox qazansalar da, xanım müğənni qədər qazana bilməzlər. Bizim geyimimizə 100 kişinin pulu çatmaz”. İfaçının bu sözləri sosial şəbəkədə müzakirə olunub.
Mənbə : Lent.az