İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda bezi dövlet idareleri vergiden yayınıb

04-02-2015


04.02.2015 / 14:03 xeber –

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb. Lent.az-ın məlumatına görə, həmin qurumların arasında dövlət idarələri də var. Belə ki, paytaxtın Xətai, Yasamal, Nəsimi, Suraxanı, Sabunçu və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi vergi borcunu ödəməyib.

 Bundan başqa, borclu vergi ödəyicilərinin arasında Qaradağ rayon kanalizasiya İdarəsi və "Baklift-1", "Bakılift-2" İxtisaslaşdırılmış İstehsalat İdarələri də var.

 

 

 

 

Mənbə : Lent.az

Azerbaycanda bezi dövlet idareleri vergiden yayınıb