İçeriğe geçmek için "Enter"a basın

Bakıda dehşet: qadın avtobusun altında qalıb öldü – YENİLƏNİB

04-02-2015


04.02.2015 / 11:27 xeber –

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda sərnişin avtobusunun törətdiyi dəhşətli qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın idarəyə istinadən verdiyi xəbərə görə, fevralın 3-də saat 20:30 radələrində, M.Nərimanov küçəsində Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Kamran Bəndəliyev idarə etdiyi 131 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusla 1984-cü il təvəllüdlü Günel Kərəmovanı vurub. G.Kərəmova aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ İstintaq Şöbəsində araşdırma aparılır. 

 

 

*****

 

00:07

 

Bakıda sərnişin avtobusu dayanacaqda sərnişini əzib. APA-nın məlumatına görə, hadisə "Ulduz" metrosunu yaxınlığında baş verib. 131 saylı xətt üzrə hərəkət edən 10 TL 340 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus səkiyə çıxarkən orada dayanan qadın təkərin altında qalıb.

 

Ölümcül xəsarət alan qadını 3 saylı Kliniki Tibbi Mərkəzə Kamran adlı şəxs çatdırıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəstəxanaya çatdırılarkən qadın artıq dünyasını dəyişibmiş.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Avtobusu idarə etdiyi ehtimal olunan Kamran adlı şəxs ifadəsinin alınması üçün polisə aparılıb.

 

Avtobusun əzdiyi qadının şəxsiyyəti dəqiqləşdirilir. 

Mənbə : Lent.az

Bakıda dehşet: qadın avtobusun altında qalıb öldü – YENİLƏNİB