İçeriğe geçmek için "Enter"a basın

Bakıda gənc 3 həftəlik seksdən sonra rəfiqəsinə deyib ki, daha evlənmək fikri yoxdur

08-06-2018

[r32]
2018-06-08T21:05 xeber – Bakının Xəzər rayonunda bir qızın ağılsız hərəkətinin və yaxud həddindən artıq saflığının ucbatından xoşagəlməz insident baş verib. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlum olub ki, 1992-ci il təvəllüdlü yerli sakin aprelin 15-də cavan oğlana qoşularaq valideynlərinin yanından qaçıb. Həsənov Rizvan Vaqif oğlu (ad etik məsələlərə görə dəyişdirilib) qıza söz verib ki, onunla evlənəcək. Qız da oğlana inanaraq onunla gedib. Həsənov qızı öz evinə aparıb və onunla intim yaxınlıq edib. Lakin 3 həftəlik yaxınlıqdan sonra oğlan rəfiqəsinə bildirib ki, daha onunla evlənmək fikri yoxdur. Bundan sonra oğlan qızı ata evinə qaytarıb.
Zərərçəkmiş şəxs Xəzər rayon Polis İdarəsinin 1-ci bölməsinə ərizə ilə müraciət edib. Lakin hüquq-mühafizə orqanlarından bildirirlər ki, bu halda qıza qarşı hər hansı zor tətbiq edilməyib. O, həddi buluğa çatmış insandır və cavan oğlanla birlikdə olmağa özü qərar verib. Digər tərəfdən isə ortada aldatma faktı mövcuddur.
Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik günahı sübuta yetirilmədiyindən, Həsənov saxlanılmayıb.
mənbə :
Sputnik

Bakida genc 3 heftelik seksden sonra refiqesine deyib ki, daha evlenmek fikri yoxdur