İçeriğe geçmek için "Enter"a basın

Göyçay çayı üzərindəki körpünün bərpasına 3,5 milyon manat ayrılıb

07-06-2018

[r32]

7 İyun, 2018  17:53 xeber – Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamla  M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılıb.

mənbə :
Report.az

Goycay cayi uzerindeki korpunun berpasina 3,5 milyon manat ayrilib