İçeriğe geçmek için "Enter"a basın

Zaqatalada baş verən zəlzələ Ermənistan, Gürcüstan və Rusiyada hiss olunub - YENİLƏNİB

06-06-2018

[r32]

5 İyun, 2018  23:53 xeber – İyunun 5-i axşam saatlarında Rusiya-Azərbaycan sərhədində güclü zəlzələ baş verib.“Report” yeraltı təkanların həmçinin hiss olunduğu Gürcüstanın Milli Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 5,7 bal təşkil edib.Bildirilir ki, təbii fəlakət Bakı vaxtı ilə 22:40-da olub. Onun ocağı yerin 16 km dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Azərbaycanın Zaqatala şəhərindən 20 km, Gürcüstanın paytaxtı Tbilisidən isə 169 km aralıda olub.Yeraltı təkanlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın cənubunda hiss olunub.***22:58Tbilisi. 5 iyun. REPORT.AZ/ İyunun 5-də axşam saat 22.43-də Gürcüstanda zəlzələ baş verib.“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeraltı təkanlar Gürcüstanın bölgələrində və paytaxt Tbilisidə də hiss olunub.Dağıntı və tələfat olmasa da insanlar arasında şaşqınlıq var.Yeraltı təkanların təqribən 3-4 bal gücündə olduğu bildirilir.
mənbə :
Report.az

Zaqatalada bas veren zelzele Ermenistan, Gurcustan ve Rusiyada hiss olunub – YENİLENİB