[r32] 
                4 İyun, 2018  22:17 xeber – Türkiyə və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri Mənbic üzrə yol xəritəsini təsdiq ediblər.”Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.”Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo Mənbicdə təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə tədbirləri özündə əks etdirən yol xəritəsini təsdiq ediblər”, – deyə sənəddə bildirilir.XİN-dən qeyd olunub ki, tərəflər danışıqlar zamanı müttəfiqlik və tərəfdaşlıq ruhunda qarşılıqlı narahatçılıqların nizamlanması üzrə öhdəliklərə bağlılıqlarını ifadə ediblər. 
mənbə : 
Report.az