İçeriğe geçmek için "Enter"a basın

Bu yaşda hamiləlik cəsarət tələb edir

02-06-2018

[r32]
2018-06-02T13:11 xeber – Məşhur Hollivud ulduzu Silvestr Stallonenin keçmiş həyat yoldaşı, aktrisa və model Bricit Nilson 54 yaşında hamilə qalıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, aktrisa fotosunu Instagram səhifəsində paylaşaraq ailəsinin böyüyəcəyini qeyd edib. Şəkildə Bricit böyük qarınladır. Bu şəkil onun pərəstişkarlarını təəccübləndirib. Onlar öz sevimli aktrisalarını təbrik etməyə başlayıblar.
Xatırladaq ki, bu günə qədər heç kim onun hamilə olduğunu bilməyib. Şəkildən göründüyü kimi, aktirsa tezliklə körpəsini dünyaya gətirəcək. Bu uşaq aktrisanın 5-ci uşağı olacaq. Gələcək körpənin atası isə aktrisa ilə tanış olana qədər barmen işləyirmiş.
Qeyd edək ki, aktrisanın müxtəlif nikahlardan 4 böyük oğlu var. Aktrisa Silvestr Stallone ilə “Rokki” filminin çəkilişləri zamanı tanış olub. Onlar 3 il nikahda olublar və birgə uşaqları yoxdur.
mənbə :
Sputnik

Bu yasda hamilelik cesaret teleb edir