İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başladı

01-06-2018

[r32]
xeber –

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.  Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.

“APA-Economics”in sorğusuna cavab olaraq bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, “Azərenerji” və “TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. “Azərenerji” rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar “Azərenerji” tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.
mənbə :
Lent.az

Azerbaycan bu gunden İrana elektrik enerjisinin ixracina basladi