[r32]
2018-06-01T11:45 xeber – Gürcüstan paytaxtı Tbilisidə hökumətə qarşı etiraz aksiyası keçirilib. Sputnik Gürcüstan xəbər verir ki, parlamentin binası qarşısında keçirilən aksiyada 2000 nəfərdən çox adam iştirak edib.
Məlumata əsasən, etirazçılar əvvəlcə baş prokurorun, eləcə də cinayətin ört-basdır edilməsində şübhəli bilinən prokurorların istefasını, daha sonra baş nazir Georgi Kvirikaşvilin istefasını tələb ediblər.
©
Sputnik / Aleksey VitvitskyTbilisi Saakaşvilinin ekstradisiyası tələbində israrlıdır
Gürcüstanın baş naziri şəxsən aksiya iştirakçıları ilə görüşüb. Lakin nümayişçilər onu fitə basıb və plastik butulka atıblar. Onlar “Get” şüarı səsləndiriblər.
Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xorava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yaralarından dünyalarını dəyişiblər. Ötən gün məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Bundan sonra isə aksiyalar başlayıb.
İnsident nəticəsində öldürülən şəxslərdən birinin atası Zaza Saralidze bəyan edib ki, baş nazir əraziyə ona başsağlığı vermək üçün deyil, “növbəti dəfə aldatmaq üçün gəlib”.
Bundan sonra Gürcüstan baş naziri xüsusi bəyanatla çıxış edərək ölkədəki gərginliyin azaldılması üçün hökumətin görəcəyi planları açıqlayıb: “Sabah səhər saatlarından Daxili İşlər Nazirliyi işi yenidən araşdırmaq üçün prokurorluqdan geri qaytaracaq və baş nazirin müavini Georgi Qaxariya özü istintaq aparacaq. O, bu prosesə rəhbərlik edəcək və mən bütün prosesə nəzarət edəcəyəm”.
mənbə :
Sputnik
Tbilisi yenidən qarışdı: Baş nazirə butulka atıldı
01-06-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib