[r32]
2018-05-31T16:31 xeber – “Manatın dayanıqlılığı çox gözəldir. Ancaq 2017-ci ildə məsələ qaldırdıq ki, banklarda kredit faizi çox yüksəkdir, sahibkarlar bundan səmərəli istifadə edib yeni iş yerləri yarada bilmirlər”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın: “2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”.
mənbə :
Sputnik
Milli Məclisdə banklar sərt tənqid atəşinə tutuldular
31-05-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib