İçeriğe geçmek için "Enter"a basın

Fariz Nəcəfov: 'Klubumuzda iki məsələ prioritet təşkil edir'

30-05-2018

[r32]

30 May, 2018  18:41 xeber – “Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib”.”Report”un məlumatına görə, bunu “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov klubun saytına açıqlamasında əsas komandanın yeni baş məşqçisi ilə bağlı fikirlərini bölüşərkən deyib. O, Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini və rəhbərliyin olaraq ona güvəndiklərini bildirib: “Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

mənbə :
Report.az

Fariz Necefov: ‘Klubumuzda iki mesele prioritet teskil edir’