İçeriğe geçmek için "Enter"a basın

Xadimə, qabyuyan və fəhlələrin qara günləri başlayır - deputatın təklifi var

30-05-2018

[r32]
2018-05-30T17:19 xeber – “Bu gün bizim sosial sığorta sistemində ən ağırlı tərəf odur ki, sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq var”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, dünyada da bu məsələ mövcuddur və təxminən 60 faizdir: “Nəyə görə gizlədirlər? Ona görə gizlədirlər ki, işəgötürən 22 faiz əmək haqqı fondundan pul ödəyir. O da onun gəlib düşür məhsulunun maya dəyərinə. 3 faiz vətəndaş pul verir, 22 faiz işəgötürən pul verir. Düşünürəm ki, burada biz gələcəkdə başqa addımlar da ata bilərik. Bizim əsas məqsəd işəgötürənə, sahibkara dəstək olmaqdır. Çünki orta və kiçik sahibkarlıq inkişaf etməsə, iş yerləri yaradılmayacaq”.
mənbə :
Sputnik

Xadime, qabyuyan ve fehlelerin qara gunleri baslayir – deputatin teklifi