İçeriğe geçmek için "Enter"a basın

Sabiq polis polkovniki məhkəmə zalından azadlığa buraxılıb

30-05-2018

[r32]

30 May, 2018  16:58 xeber – Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt limanının sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Məmmədxanova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulunu mənimsəməkdə ittiham olunur. O, həmin məbləğin 35 min manatını zərərçəkmişə qaytarıb.

F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.

O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb

mənbə :
Report.az

Sabiq polis polkovniki mehkeme zalindan azadliga buraxilib