İçeriğe geçmek için "Enter"a basın

Bakıda həbs edilən biznesmen və bank işçisi azadlığa buraxıldı

30-05-2018

[r32]
xeber –

Külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının qərarı ilə R.Cəfərquliyev və K.Əhədin hər ikisinə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb

 

Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə məlum olub ki, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı Kərim Əhəd də kömək edib. R.Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.

 

Belə ki, qoyulan depozitlərlə alınanan mallar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc əldə edəcəklərmiş. Amma işlər düz gətirməyib və R.Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səsəbdən də depozit olaraq R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.

 



mənbə :
Lent.az

Bakida hebs edilen biznesmen ve bank iscisi azadliga buraxildi