İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb

29-05-2018

[r32]

29 May, 2018  21:53 xeber – Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.”Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qırğızıstan yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın heyətində 17-ci dəqiqədə kapitan Maksim Medvedev, 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib. “Qarabağ”ın futbolçuları künc zərbəsində ötürlən topu başla tora yollayıblar.Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov qoyub.Mədətovla Abbasov əsas yığmada ilk qollarını vurublar. Azərbaycan millisi isə Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək. 29 mayYoldaşlıq görüşü20:00. Azərbaycan – Qırğızıstan – 3:0Qol: Maksim Medvedev, 17. Mahir Mədətov, 75. Urfan Abbasov, 84Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy Bakı Olimpiya Stadionu

mənbə :
Report.az

Azerbaycan millisi Qurban Qurbanovun rehberliyi altinda ilk qelebesini qazandi