İçeriğe geçmek için "Enter"a basın

Muxtar Babayev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

29-05-2018

[r32]

29 May, 2018  20:26 xeber – Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib.Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.Görüşdə ətraf mühit, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.Görüş zamanı nazir M.Babayev İsrailin ətraf mühitin qorunması nazirini 2018-ci il noyabrın 14-16-da Bakı şəhərində keçiriləcək “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə və sərgi çərçivəsində təşkil olunacaq Qafqazda ceyranların tarixən məskunlaşdığı ərazilərin bərpası mövzusunda beynəlxalq konfransa, dəniz ekosistemlərinin qorunmasına dair beynəlxalq foruma dəvət edib.

mənbə :
Report.az

Muxtar Babayev İsrailin Azerbaycandaki sefiri ile gorusub