İçeriğe geçmek için "Enter"a basın

Şəhərin mərkəzində polisləri belə güllələdilər - VİDEO

29-05-2018

[r32]
2018-05-29T15:46 xeber – Bu gün Belçikanın Lyej şəhərində atışma baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə zamanı 2 polis və bir mülki vətəndaş öldürülüb. Daha iki nəfər də yaralanıb.

Hücum edən xüsusi təyinatlılar və quldurluqla mübarizə idarəsinin əməkdşaları tərəfindən zərərsizləşdirilib. Bu barədə hadisə yerinə gələn şəhər bələdiyyə sədri Villi Demeyr məlumat verib. O bildirib ki, hadisə nəzarət altndadır və qonşuluqdakı liseyin şagirdləri təhlükəsizlikdədir.

Məlumata görə, hadisə yerli vaxtla saat 10.30 radələrində baş verib. Naməlum kişi əvvəlcə Avroy bulvarındakı kafedə atəş açmağa başlayıb. Sonra o bir qadını girov götürərək lisey binasına sığınıb.

Son ana qədər girov qadın zərər görməyib. Hadisənin terror olduğu ehtimal edilir. Hadisə şahidlərinin sözlərinə görə, hücum edən ərəb dilində qışqırırmış.

Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yer alıb.

mənbə :
Sputnik

Seherin merkezinde polisleri gullelediler