İçeriğe geçmek için "Enter"a basın

Bakıda avtobus sürücüsü piyadanı belə vurdu - VIDEO

29-05-2018

[r32]
2018-05-29T13:15 xeber – Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb.
“BakuBus”ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Hadisə zamanı qeydə alınmış video görüntüləri təqdim edirik:

mənbə :
Sputnik

Bakida avtobus surucusu piyadani bele vurdu