[r32]
2018-05-27T22:38 xeber – Moskva yaxınlığında çoxmərtəbəli binada böyük şüşələrin quraşdırılması zamanı kəndir qırılıb və şüşə parçalanaraq yerə səpələnib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 400 kiloqramlıq şüşə 47 mərtəbəli binadan düşüb.
Şüşənin qaldırılması üçün 500 kiloqramlıq qaldırma gücünə malik krandan istifadə edilib. Şüşənin özü 380 kiloqram olub. Onu qaldırmaq üçün istifadə edilən kəndirin çəkisi 45 kiloqrama çatıb.
Kəndir qırılan zaman alpinistlər öz həmkarlarını xəbərdar edə bildiklərindən şüşənin düşdüyü yerdə heç kəs xəsarət almayıb.
“Hamı salamatdır və heç kim xəsarət almayıb. Binanın fasadında qırılan şüşənin bərpası işləri davam etdirilir” – deyə mütəxəssislər bildirib.
mənbə :
Sputnik
Nəhəng şüşə yerə düşdü və... – VİDEO
27-05-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib