İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın futbol üzrə U-20 yığması Makedoniyaya uduzub

27-05-2018

[r32]

27 May, 2018  21:20 xeber – Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.”Report”un məlumatına görə, rəqib yenə Makedoniyanın eyni yaş qrupundan olan yığması olub.”Dalğa Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 25-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Anton Krivotsyuk öz qapısına vurub. Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq üçün real qol imkanını isə 80-ci dəqiqədə Fərid Nəbiyev penaltidən boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf edib. Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakıdakı toplanışı qələbəsiz başa vurub. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə edib – 1:1. Yoldaşlıq görüşü19:00. Azərbaycan (U-20) – Makedoniya (U-20) – 0:1Qol: Anton Krivotsyuk, 25-öz qapısınaPenaltini dəqiq yerinə yetirə bilməyib: Fərid Nəbiyev, 80 (qapıçı)Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, İnqilab Məmmədov”Dalğa Arena”.

mənbə :
Report.az

Azerbaycanin futbol uzre U-20 yigmasi Makedoniyaya uduzub