İçeriğe geçmek için "Enter"a basın

Oqtay Əsədov Gürcüstan xalqını təbrikə gedir

25-05-2018

[r32]
2018-05-25T12:28 xeber – Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.
©
Sputnik / Murad Orujov Əflatun Amaşov: “AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı”
Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirin açılış mərasiminə Gürcüstanın prezidenti, baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.
Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda “dəyirmi masa”da Milli Məclisin sədri Oqtay Əsədov çıxış edəcək. Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
mənbə :
Sputnik

Oqtay Esedov Gurcustan xalqini tebrike gedir