İçeriğe geçmek için "Enter"a basın

Penitensiar Xidmətin rəis müavini əfv olunan məhkumları təbrik edib

25-05-2018

[r32]

25 May, 2018  10:54 xeber – “Prezident İlham Əliyev daha bir hümanist addım ataraq Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə 634 nəfəri əfv etdi. İlham Əliyev əfv sərəncamları ilə neçə-neçə ailələrə sevinc bəxş edir”.”Report”un xəbərinə görə, bu sözləri Penitensiar Xidmətin rəis müavini, ədliyyə-polkovniki Məhərrəm Qafarov 10 saylı Cəzaçəkmə Müsəssisəsində əfv sərəncamının icra mərasimində deyib.O bildirib ki, bu gün hamının evində sevinc hissi var: “Əfv olunan hər kəsi təbrik edirəm. Bir daha heç kəsin cinayət törədib, cəzaçəkmə müəssisəsinə düşməsini arzu etmirəm”.Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Müəssisədən 29 şəxs azadlığa buraxılıb.

mənbə :
Report.az

Penitensiar Xidmetin reis muavini efv olunan mehkumlari tebrik edib