İçeriğe geçmek için "Enter"a basın

Rusiya prezidentinin xüsusi nümayəndəsi və XİN başçısının müavini Türkiyədə səfərdədir

25-05-2018

[r32]

25 May, 2018  10:37 xeber – Rusiya prezidenti Vladimir Putinin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və ölkənin Xarici İşlər Nazirliyinin Orta Şərq və Şimali Afrika İdarəsinin müdiri Sergey Verşin Türkiyədə səfərdədilər.“Report” “Ulusal”a istinadən xəbər verir ki, rusiyalı diplomatlar Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla görüşüblər.Görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. Bildirilib ki, A.Lavrentyev və S.Verşin Ankaradan əvvəl Suriyaya səfər ediblər və Dəməşqdə Bəşşar Əsədlə görüşüblər. Rusiyalı diplomatların Türkiyə hakimiyyətinə Bəşşar Əsədin mesajını çatdırdığı ehtimal olunur. 

mənbə :
Report.az

Rusiya prezidentinin xususi numayendesi ve XİN bascisinin muavini Turkiyede seferdedir