İçeriğe geçmek için "Enter"a basın

Keçmiş icra başçısı ilə bağlı qalmaqallı xəbərə aydınlıq gətirildi

25-05-2018

[r32]
2018-05-25T10:39 xeber – Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Həmin xəbərlər məqsədli şəkildə yayılıb. Sözügedən şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib” — deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
mənbə :
Sputnik

Kecmis icra bascisi ile bagli qalmaqalli xebere aydinliq getirildi