İçeriğe geçmek için "Enter"a basın

Bakıda həkimlər kütləvi şəkildə işdən çıxarılıb, yerinə Türkiyədən tibb işçiləri gətirilir

25-05-2018

[r32]
2018-05-25T10:01 xeber –
BAKI, 25 may — Sputnik. Paytaxtda fəaliyyət göstərən məşhur “Grand Hospital” klinikası bağlanıb. Bu barədə Sputnik Azərbaycan-a klinkanın keçmiş əməkdaşları məlumat veriblər.
©
Sputnik / Anar MustafayevBakıda yerləşən klinikada cinayət baş verib
Bildirilib ki, bir müddət əvvəl klinikanın rəhbərliyi dəyişib. Bundan sonra klinikanın yerli həkimlərinin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb.
Klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar. Bu həkimlər arasında xəstəxananın baş həkimi də olub.
Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət ediblər. Klinika rəhbərliyi onlarla artıq işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkimlər gətirdiklərini bildirib.
“Grand Hospital” klinikasının mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Grand Hospital” adlı bir klinika artıq mövcud deyil: “Əvəzində yeni, daha peşəkar bir klinika var. Yeni klinikamız “Ege” adlanır. “Ege” klinikası Türkiyədə uzun illərdir sınanıb və artıq paytaxtımızdadır”.
Türkan Məmmədli qeyd edib ki, klinikada türkiyəli mütəxəsisslərlə yanaşı, yerli və savadlı həkimlər də çalışır: “Biz artıq “Ege” hospital haqqında danışa bilərik. Yalnış informasiyalara isə məhəl qoymayın. Biz klinikaya həkim işə götürəndə, bu amil xəbərə çevrilmədiyi kimi, işdən çıxarılanda da çevrilməməlidir”.
“Çünki hər kəs qərarı özü verir. Rəhbərliklə işçi heyəti haradasa ortaq məxrəcə gələ bilmirsə, yollar ayrılır. Bu, tək bizim klinika deyil, ümumilikdə bütün iş strukturlarında belədir” — mətbuat katibi vurğulayıb.
mənbə :
Sputnik

Bakida hekimler kutlevi sekilde isden cixarilib, yerine Turkiyeden tibb iscileri getirilir