İçeriğe geçmek için "Enter"a basın

“Hyundai”-dan şəxsiyyəti məlum olmayan cəsəd çıxarıldı

25-05-2018

[r32]
xeber –

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

 

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirirlir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

 

 



mənbə :
Lent.az

“Hyundai”-dan şəxsiyyeti melum olmayan cesed cixarildi