İçeriğe geçmek için "Enter"a basın

Fransa xarici işlər naziri AXC-nin 100 illiyini Bakıda qeyd edəcək

24-05-2018

[r32]
2018-05-24T16:28 xeber –
BAKI, 24 may — Sputnik. Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlərə qatılmaq üçün Bakıya səfərə edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez bildirib.
Nazirin səfərinin məqsədi ADR-in 100 illiyənə bir töhfədir. Vaxtilə Fransa ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə olub. Xüsusilə diqqət təhsil sahəsinə ayrılırdı. Hazırda da ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edir. Təhsil sahəsində də əməkdaşlıq yüksək dinamik şəkildə inkişaf edir. Bu gün Bakıda fəaliyyət göstərən Azərbaycan — Fransız Universiteti buna bariz nümunədir” – deyə səfir bildirib.
Qeyd edək ki, Jan-İv Lö Drian Bakı səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək. Görüşlərdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunacaq.
mənbə :
Sputnik

Fransa xarici isler naziri AXC-nin 100 illiyini Bakida qeyd edecek