[r32]
 2018-05-24T14:16 xeber – Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Ərdoğanın partiyası seçkilərdə səs itirə bilər
Elxan Şahinoğlu: “Müxalifət çalışacaq ki, daha çox səs toplasın”Elxan Şahinoğlu: “Müxalifət çalışacaq ki, daha çox səs toplasın”
“Rəcəb Tayyip Ərdoğan birinci turda prezident seçiləcəyinə ümid edir”. Bunu Sputnik Azərbaycan-a 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkiləri qabaq vəziyyəti şərh edərkən  Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, hazırda Türkiyədə bütün namizədlərə bərabər şərait yaradılıb: “Hazırda Ərdoğanın reytinqi yüksəkdir. İkinci turda olsa belə onun prezident seçilmək şansı çoxdur. Ancaq o da mümkündür ki, Ərdoğanın partiyası seçkilərdə səs itirsin. Müxalifət çalışacaq ki, prezident seçkilərində qələbə qazanmasa da, parlament seçkilərində daha çox səs toplasın”.
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 
mənbə : 
Sputnik