İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda sıra orduya çatdı

24-05-2018

[r32]
2018-05-24T13:38 xeber – Paşinyandan Baş Qərargah rəisi istefaya göndərir.
Ermənistan baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bəyan edib ki, ölkə prezidenti Armen Sarkisyana Silahlı Qüvvələrin Baş Qərargah rəisi Movses Akopyanın istefaya göndərilməsini təklif edib. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.

“Mən başqa işə keçməsi ilə əlaqədar prezidentə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini istefaya göndərməyi təklif etmişəm”, — deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, qərar hər iki tərəfin razılığı əsasında verilib: “Bu gün ölkədə yeni Baş Qərargah rəisi təyin ediləcək”.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-də isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu “Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.
mənbə :
Sputnik

Ermenistanda sira orduya catdi